“Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcək”. Bu haqda Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib.
O deyib ki, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb:
“Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur”.
Ş.Mehmanqızı deyib ki, biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Qaynar Xətti 012-480-42-86, Bakı Beynəlxalq Avtovağzalının Qaynar Xətti 012-499-70-38
Gülşən RAUFQIZI