Modern.az

Ceyran ovçuları tutuldu

Ceyran ovçuları tutuldu

26 Dekabr 2016, 12:29

Azərbaycanda qanunsuz ceyran ovu ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları  - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub.
 

Faktla əlaqədar cinayət işi başlanıb. 



Modern.az

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər