Modern.az

Ermənilər Kəlbəcər üçün pul toplamağa davam edir - VİDEO

Ermənilər Kəlbəcər üçün pul toplamağa davam edir - VİDEO

26 Dekabr 2016, 16:13

Ermənistanın işğal etdiyi Kəlbəcərdəki Mədəniyyət Mərkəzinin əsaslı təmir edilməsi ilə bağlı  Ararat Fondu dünyadakı erməni maliyyə qurumlarına və lobbisinə müraciət edərək pul toplama kampaniyasına başlayıb.

 

Modern.az Ararat Fondunun sosial şəbəkədəki səhifəsinə istinadən məlumat verir ki, layihənin gerçəkləşməsi üçün lazım olan 180 min dollar pulun yalnız 3765 dolları toplanıb.

 

Müraciətdə göstərilir ki, hazırda mədəniyyət mərkəzi ağır tənəzzül vəziyyətindədir.  Təmir-bərpa işlərinin 2017-ci ilin mart ayında başlanması planlaşdırlır. Layihənin təşkilatçısı Ararat Fondunun prezidenti, Kaliforniya ermənisi Fredrik Vartanyandır.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər