Modern.az

Yaşayış minimumu və ehtiyac meyarı artırılıb

Yaşayış minimumu və ehtiyac meyarı artırılıb

26 Dekabr 2016, 20:26

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib.

 

Müvafiq qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Dövlət başçısının digər sərəncamı ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər