Modern.az

“Tu-154” təyyarəsinin komandirinin meyiti tapılıb

“Tu-154” təyyarəsinin komandirinin meyiti tapılıb

26 Dekabr 2016, 21:54

Qəzaya uğrayaraq Qara dənizdə batan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin komandirinin meyiti tapılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bir müddət öncə xilasedicilər təyyarənin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar.

Məlumatda bildirilir ki, bu gün daha 70 nəfərin qalıqları sudan çıxarılıb.

 

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər