Səfir Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar Türkiyəyə səfər edən rusiyalı müstəntiqlər Ankara Baş Prokurorunun müavini Cem İşçimenlə görüşüblər. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, görüş iki saatadək davam edib.
Görüşün təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib
Modern.az