Qar nə qədər gözəl olsa da, yağması ilə özü ilə yeni problemlər yaradır. Qarın yenidən yağması magistral yollarda çətinliklərə səbəb olub. Modern.az saytı xəbər verir ki, “ARB Şəki”nin məlumatına görə, gecə saatlarında İsmayıllı-Muğanlı yolu bağlanıb. Havanın dumanlı olması vəziyyəti bir az da gərginləşdirib.
Gecə saatlarında İsmayıllı rayonuna 20 sm, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 sm. hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb. Ağırtonnajlı yük maşınları, sərnişindaşıyan mikroavtobuslar və mövsümə hazır olmayan avtomobillərin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq rayon 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yollar qardan təmizlənir və nəqliyyatın hərəkəti bərpa olunub. Bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.
Modern.az