Modern.az

Ukrayna İsraildəki səfirini geri çağırıb

Ukrayna İsraildəki səfirini geri çağırıb

Aktual

26 Dekabr 2016, 23:26

Ukrayna İsraildəki səfiri Eli Beloçerkovskini məsləhətləşmələr üçün Kiyevə çağırıb. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu addım Şərqi Avropa ölkəsinin BMT-ın Təhlükəsizlik Şurasının qətnaməsinin lehinə səs verməsindən sonra İsrail hökumətinin Ukraynanın baş naziri Vladimir Qroysmanın bu ölkəyə planlaşdırılan səfərini ləğv etməsindən sonra atılıb.

Qeyd edək ki, qətnamə müəllifləri İsraili qəsəbələrin tikintisini dayandırmağa çağırıb.

Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Ukraynanın baş nazirinin və Seneqalın xarici işlər nazirinin İsrailə səfərinin ləğvi haqqında sərəncam verib. Qərar hər iki dövlətin Yerusəlimin Qərb sahilində və Şərqində qəsəbələr inşa etməkdə İsraili ittiham ittiham edən BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin qəbuluna səs vermələrinə cavab olaraq qəbul edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər