Modern.az

Yeni il gecəsi planlaşdırılan terrorun qarşısı alınıb

Yeni il gecəsi planlaşdırılan terrorun qarşısı alınıb

Dünya

27 Dekabr 2016, 00:14

İndoneziya polisi bu ölkədə Yeni il gecəsi planlaşdırılmış terror aktının qarşısını aldığını açıqlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə "Report" "Reuters"ə istinadən məlumat yayıb.

Məlumata görə, İŞİD qruplaşması tərəfindən dəstəklənən silahlılar Yeni il gecəsi polis postuna hücum etməyi planlaşdırıblar. Hələlik polisin iki şübhəlini həbs etdiyi bildirilir.

Silahlılardan bir neçəsi ötən bazar günü polisin keçirdiyi reyd zamanı asayiş keşikçilərinə hücum ediblər. Silahlı insident zamanı onlardan bir neçəsi öldürülüb.

Xəbərdə həmçinin qeyd edilir ki, polis ötən həftə prezident sarayında terror aktları hazırlamaqda şübhəli bilinən 14 nəfəri dindirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU