Modern.az

Rusiyada ana qızını 15-ci mərtəbədən tullayıb

Rusiyada ana qızını 15-ci mərtəbədən tullayıb

Dünya

27 Dekabr 2016, 01:02

Rusiyanın Moskva ətrafı vilayətində dəhşətli hadisə baş verib. Vilayətin Borisovka küçəsində üzərində hündürlükdən yıxılma əlamətləri olan 7 yaşlı qızın meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, musavat.com-un məlumatına görə, fakt Rusiya hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Aydın olub ki, yerli sakinlərdən biri, 34 yaşlı ana ailənin böyük qızını mənzilin pəncərəsindən aşağı atıb. 15-ci mərtəbədən düşən qız yerindəcə ölüb.

Qonşuların mediaya dediyinə görə, evdəki 5 yaşlı digər qız uşağı sağ-salamat aşkarlanıb. Dəhşətli hadisə baş verən zaman uşaqların atası işdə olub.

Şahidlər bildirib ki, ailədə hər  hansı konflikt olmayıb, valideynlər və uşaqlar müsbət xarakterizə olunub. Övladını məhv edən ana həbs olunub, barəsində cinayət işi qaldırılıb. Kiçik qız atanın himayəsinə verilib.

Qeyd edək ki, bu, son günlərdə vilayətdə törədilən növbəti tükürpədici hadisədir. Belə ki, dekabrın 26-da səhər saatlarında 25 yaşlı digər valideyn  barəsində də həbs qərarı çıxarılıb. O, ötən şənbə özünün azyaşlı oğlunu 8 mərtəbənin eyvanından ataraq öldürdüyünə görə barəsində 2017-ci ilin 24 fevralınadək həbs qətimkan tədbiri seçilib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU