Modern.az

Bakı yaxınlığından keçən qaz kəmərində PARTLAYIŞ - VİDEO

Bakı yaxınlığından keçən qaz kəmərində PARTLAYIŞ - VİDEO

Aktual

27 Dekabr 2016, 10:52

Bakı - Ələt yolunun 43-ci kilometrliyindəki magistral qaz xəttində partlayış baş verib. Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.

 

Onun sözlərinə görə, hadisə yerinə Qaradağ rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub:

“4-5 yanğınsöndürən maşın hadisə yerindədir. Böhran Xidmətindən aldığım ilkin məlumata görə, ərazidə yaşayış binası olmadığına görə xəsarət alan olmayıb”.

O.Bayramov deyib ki, dəqiqləşmə aparıldıqdan sonra əlavə məlumat veriləcək.

Partlayışla bağlı ilk xəbəri unikal.org yayıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər