SOCAR Bakı - Ələt yolunun 43-ci kilometrliyindəki magistral qaz xəttində baş verən partlayışla bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib.
“Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür”.
Gülşən RAUFQIZI