Modern.az

I Nikolayın tiflisli nəvələrinin müəllimi

I Nikolayın tiflisli nəvələrinin müəllimi

Aktual

27 Dekabr 2016, 12:20

Lev Nikolayeviç Modzalevskinin  "Kəpənəy"i

 

M.Ə.Sabir haqqında yazdığım məqalələrin birində XIX əsrin ikinci yarısında Tiflisdə yaşayan görkəmli rus pedaqoqu Lev Nikolayeviç Mozdalevski (14.02.1837-12.05.1896) barəsində söz içində söz açmışdım.

 Lev Nikolayeviç Modazalevski Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsini bitirəndən sonra paytaxt məktəblərində müəllimlik etmişdi. Bir müddətdən sonra onu Tiflisə Qafqaz rəhbəri knyaz Mixail Nikolayeviçin uşaqlarına -Rusiya çarı I Nikolayın nəvələrinə Avropa yönümlü təlim və tərbiyə vermək üçün  müəllimliyə dəvət ediblər.

 Məsələ burasındadır ki, L.N.Modzalevski Sankt-Peterburq Universitetini qurtarandan sonra xariciə ezam olunmuş, Qeydelberq və Vena şəhərlərində görkəmli rus cərrahı N.İ.Piroqovla bir yerdə Avropanın  pedaqoji, fundamental işlərini öyrənmişdi.

  L.M.Modzalevski Tiflisdəki hami-tərbiyəçilik işindən sonra Tiflis Gimnaziyasında müfəttiş və direktor vəzifələrində çalışıb. O, 1881-1883 cü illərdə Qafqaz Senzura Komitəsinə rəhbərlik edib. Harada işləməsindən asılı olmayaraq, L.N.Modzalevski hər yerdə müəllim idi. Həyatda onun əsas amalı insanları elmə, maarifə çağırmaq idi.

 L.N.Modzalevski - K.D.Uşinski ilə əqidə və məslək dostu idi. L.N.Modzalevski K.D.Uşinskinin çağırışı ilə "Xalq Maarif Nazirliyinin Jurnalı"nda fəal əməkdaşlıq edib. O, K.D.Uşinskinin "Rodnoe slovo" dərsliyində "Məktəbə dəvət", "Kəpənək", "İlin fəsilləri" adlı şeirlərlə çıxış etmişdir. Dahi şairimiz M.Ə.Sabir L.N.Modzalevskinin "Приглашение в школу" şeirini rus dilindən Azərbaycan dilinə tərcümə edib.  
 
Görkəmli pedaqoqun "Приглошение  в школу"  şeiri ilə eyni vaxtda -1864-cü ildə -  yüz əlli  iki il bundan əvvəl  yazılmış  "Мoтылек" şeiri də rus uşaq ədəbiyyatının ən maraqlı incilərindən sayılır.

"Məktəbə çağırış" şeirinin K.D.Uşinskinin "Rodnoe slovo" dərsliyindən seçərək tərcümə etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, M.Ə.Sabir  Lev Nikolayeviç Modzalevskinin "Rodnoe slovo"dakı  "Мотылек" şeirini də oxuyub. Bəlkə də  M.Ə.Sabir bu şeiri də tərcümə etmişdir. Hər halda axtarışlar davam etdirilməli, M.Ə.Sabirin uşaq şeirlərinin mövzu mənbəyi, təsir obyektləri hərtərəfli öyrənilməlidir. 

L.N.Modzalevskinin "kəpənək", "pərvanə" mənasını verən üç bəndlik "Мотылек" şeirinin orijinalını və cəsarət edərək onun Azərbaycan dilinə tərcümə etdiyimiz veriyasıyasını (melodik variantını) oxuculara təqdim edirik.

                                                                                   
Л.Н Модзалевский 


Мотылек

              
Расскажи,мотылек,
Чем живешь ты, дружок?
Как тебе не устать
День- денской все порхать?


 -Я живу сред лугов
В блеске летного дня;
Араматы цветов...
Вот вся пища моя!


Но короток мой век-
Он не долее дня;
Будь  же добр, человек,
И не трогай меня!  

(1864)

***

Kəpənək
   
Söylə,ey kəpənək, söylə görək sən
Necə dolanırsan, halın necədir?
Bu düzü, dünyanı dolanırsan hey, 
Demirsən gündüzdür, yoxsa gecədir?


Kəpənək söylədi: "Yurdum çəmənlik,
Yay günü oradır mənə güvənlik.
Güllərin ətrindən mən məst oluram,
Çox yemək, çox içmək deyildir mənlik.


Gödəkdir,qısadır həyatım mənim,
Vardır bu dünyada ömrüm -bir günlük.
İnsanlar,  nə olar rəhmli olun,
Qoy mənsiz qalmasın güllük,çəmənlik!"

(2014)

                          
***

Bunlar bir şeirin təəssüratlarıdır. Diqqətli araşdırmaların daha dərin təəssüratlar  yaradacağına inanıram.

 

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Bakı.
27.12.2016.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər