Modern.az

“İdman mərc oyunlarını keçirənlər dövriyyəni gizlədirlər”

“İdman mərc oyunlarını keçirənlər dövriyyəni gizlədirlər”

Aktual

27 Dekabr 2016, 12:48

2017-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycandan xarici bukmeyker kontorlarının saytında idman mərc oyunlarında iştirak edənlərdən vergi tutulacaq.

İqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı Modern.az-a danışarkən bildirib ki, idman mərc oyunları xeyli müddətdir ki, vergiyə cəlb edilir.

“Xarici bukmeyker kontorlarının saytında oyunların vergiyə cəlb olunması ilə bağlı bir neçə təklif olub. Burda məqsəd əlavə mənbədən daxil olan vəsaitləri dövlət büdcəsinə daxil etməkdir. Dövriyyə kiçik deyil, bununla yanaşı, hökumət birinci növbədə çalışmalıdır ki, idman mərc oyunlarını leqallaşdırsın. Aparılan monitorinqlər göstərir ki, idman mərc oyunlarının leqallaşdırılması ilə bağlı müəyyən bir problemlər var. İdman mərc oyunlarını həyata keçirməklə məşğul olan sahibkarlar dövriyyəni leqallaşdırmaqda maraqlı deyillər. Dövriyyənin leqallaşdırılması ona görə vacibdir ki, bütün məbləği vergiyə cəlb etmək olsun. Bundan sonra verginin tətbiq edilməsi mümkün olar.

İdman mərc oyunları ümumilikdə qumar sayıldığı üçün arzuolunan fəaliyyət deyil. Ancaq əksər ölkələrdə belə fəaliyyət təşkil olunur. Düşünürəm ki, bu tipli fəaliyyətlərin gələcəkdə məhdudlaşdırılması daha yaxşı olardı. İdamn mərc oyunlarının vergiyə cəlb edilməsi marağı azaltmayacaq. Amma nəticə etibarı ilə bu, dövlət büdcəsinə həmin mənbədən vergi daxilolmalarının qarşısını ala bilər.

Beynəlxalq idman mərc oyunları ödənişlərini onlayn vasitə ilə ödəyirlər. Bundan əlavə də banka göndərilən  ödənişin təyinatı qeyd olunur. Bu imkan verir ki, həmin məbləğin hansı məqsədlə göndərilməsi müəyyənləşdirilsin”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər