Modern.az

Partlayış Bakıda və Sumqayıtda işıqları söndürdü

Partlayış Bakıda və Sumqayıtda işıqları söndürdü

Aktual

27 Dekabr 2016, 13:04

Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.

“Azərişıq”ASC problemlə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bununla əlaqədar olaraq, “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

 Yaranmış narahatlığa görə “Azərişıq” abonentlərindən üzr istəyir.

Dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.

SOCAR-ın yaydığı məlumata görə, yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülmüşdür. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər