Modern.az

Radioaktiv tullantıların basıdırılması lisenziyalaşdırılmış şəkildə aparılacaq

Radioaktiv tullantıların basıdırılması lisenziyalaşdırılmış şəkildə aparılacaq

Aktual

27 Dekabr 2016, 15:30

Milli Məclisin payız sessiyasının son pelanar iclası 30 dekabr tarixində keçiriləcək. Parlamentin bu iclasının gündəliyinə 25 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulub. Bunlardan biri də “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdir.

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna hansı dəyişiklik ediləcək?

 

Məsələ ilə bağlı Modern.az-a  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadə açıqlama verib.

Deputat  “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna cəmi bir dəyişikliyin ediləcəyini bildirib.

 

“Bu qanunun “Lisenziyalar haqqında” qanuna  uyğunlaşdırılması  üçün dəyişiklik ediləcək. Qanunun əvvəlki versiyasında, radioaktiv və ionlaşdırıcı tullantıların basdırılması ilə bağlı fəaliyyəti dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyətləri müəyyən edirdi.

 

Amma yeni dəyişikliyə  əsasən, tullantılar və tullantıların basdırılmasını artıq müvafiq icra hakimiyyəti orqanları tərəfindən lisenziyalaşdırılmış şəkildə mütəşəkkil qaydada aparılacaq”.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər