Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş sosial şəbəkələrdə İŞİD-in 2 türk əsgərini edam etdiyi videokadrların gerçəkliyini şübhə altına alıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kurtulmuş belə videolarla İŞİD-in Türkiyədə qorxu və panika yaratmaq istədiyini deyib.
“Müdafiə Nazirliyi videokadrları təsdiq edən heç bir məlumat verməyib. Terrorçular saxta videokadrlarla cəmiyyətimizə təsir göstərmək istəyir” – deyə Kurtulmuş deyib.
Vüqar İSMAYILOV