Heydər Əliyev Fondu Zaqatalada 3 mindən çox aztəminatlı ailəyə bayram sovqatı paylayıb. Modern.az saytı xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatalada Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dövlətdən sosial müavinət alan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə verilən bayram sovqatı Zaqatala rayonunda 3054 ailəni əhatə edib.
Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları bu gün aztəminatlı ailələrə çatdırılıb.
Modern.az