Modern.az

Tramp öz işçisini xüsusi nümayəndə təyin edir

Tramp öz işçisini xüsusi nümayəndə təyin edir

Dünya

27 Dekabr 2016, 23:27

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəri Ceyson Qrinblattı beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır. Modern.az saytı xəbər verir ki, bu barədə "Report" gələcək prezidentin komandasının rəsmi bəyanatına istinadən məlumat yayıb.

"The Wall Street Journal" yazır ki, Ceyson Qrinblatt 20 ildir "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışır və seçkiqabağı kampaniya zamanı Trampın ABŞ və İsrail münasibətlərinə dair müşaviri olub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU