İŞİD terror qruplaşmasının rəhbəri Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri yaxalanıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, həmin şəxs Mosul şəhərində ələ keçib.
Məlumata görə, Əbu Haris əl-Matyuti adlı terrorçu Dəclə çayının sol sahilində yerləşən Bəkr məhəlləsində anti-terror bölmələrinin döyüşçüləri tərəfindən əsir götürülüb. Onunla yanaşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan daha 14 ekstremist yaxalanıb. Onların izinə düşməkdə, radikalların yerini nişan verməklə, yerli sakinlər köməklik göstəriblər.
Modern.az