"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında növbəti dəfə bayram tədbirinə start verib.
Bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirə keçirilir.
Modern.az xəbər verir ki, 2 gün davam edəcək tədbirdə Şaxta Baba və Qar qız obrazlarında ötən ildə olduğu kimi "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva çıxış edir.
Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.
Gülşən RAUFQIZI