Azərbaycan Milli QHT Forumunda keçirilən seçkilərdə Rauf Zeyni yenidən quruma prezident seçilib.
Rauf Zeyni Modern.az-a danışaraq bildirib ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu( MQF) 17 ildir fəaliyyət göstərir.
“Vətəndaş cəmiyyətinin qurulması istiqamətində xidmət göstəririk. Yeni seçilmiş heyətlə yeni hədəflərə doğru getməyi planlaşdırırıq. İdarə Heyətinin ilk iclası dünən oldu. İdarə Heyətinin yeni sədri Qorxmaz İbrahimli, müavinləri isə Ümid Rəhimoğlu, İradə Rzazadə seçildi. İdarə Heyətinin katibi isə Yeganə Sultanova seçildi.
Yeni heyət də yeni vitse-prezidentlər, müşavirlərlə Forumun bundan sonrakı inkişafına çalışacaq, vətəndaş cəmiyyətinin inkişafının təmin olunmasında öz töhfələrimizi verəcəyik.
Gələcək planlarımız böyükdür və bu, konsepsiya şəklində təsdiq olunacaq. 2015-2016-cı illərdə biz Forumun nəzdində 25-ə qədər mərkəz yaratmışıq. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında və dövlət tərəfindən qəbul olunmuş digər konsepsiyalarda vətəndaş cəmiyyətinin inkişafı prioritet istiqamətlərdən biridir. Biz də dövlət proqramına uyğun olaraq addımlar atacağıq”.
Qafar Ağayev