Modern.az

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

Aktual

28 Dekabr 2016, 18:05

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb.

 

Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətəndaşları qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib. Müraciət edənlər əsasən işlə təmin olunma, sənədləşmə, sosial məsələlər, hüquqi yardım, mənzil problemi ilə bağlı şikayətlərini deputata çatdırıblar. Eyni zamanda gənclər və idman istiqamətində müraciətlər də olub.

 

Fuad Muradov bütün müraciətləri ayrı-ayrılıqda dinləyib və həlli istiqamətində müvafiq addımlar atılacağını diqqətə çatdırıb. Eyni zamanda bəzi müraciətlərin aidiyyəti orqanlara birgə həlli üçün şikayətçilərdən müvafiq sənədlər qəbul edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər