Modern.az

"Azəriqaz" gücləndirilmiş iş rejiminə keçir

"Azəriqaz" gücləndirilmiş iş rejiminə keçir

28 Dekabr 2016, 20:44

Bayram günlərində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi  gücləndirilmiş iş rejimində işləyəcək. Modern.az saytı  xəbər verir ki, "Azəriqaz" İB-nin məlumatına görə,  gücləndirilmiş iş rejimi dekabrın 31-dən yanvarın 5-dək davam edəcək. Məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

 

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "qaynar xət"lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

 

"Azəriqaz" İB bütün təbii qaz istehlakçılarından bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU