Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə metropolitenin "28 May" və "Xətai" stansiyaları arasındakı keçiddə baş verib.
Zərərçəkənin bildirdiyinə görə, ona 3-4 nəfər şəxs hücum edərək, yumruq zərbələri endirib. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.
Polis faktla bağlı araşdırma aparır.
Modern.az