Argentina prezidenti Mauriso Makrinin olduğu avtomobil daşa basılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, prezident administrasiyasından verilən məlumata görə, dövlət başçısı Nueken əyalətində olanda insident baş verib.
Ancaq buna baxmayaraq, prezident iş qrafikini dəyişməyib.
Məlumatda qeyd edilir ki, 10 nəfər avtomobilə daş atıb. Argentina prezidenti xəsarət almayıb, avtomobilin iki şüşəsi sınıb.
Xuliqanları polis saxlayıb.
Modern.az