Modern.az

Oftalmoloq-cərrah Türkiyədə konqresə qatılıb

Oftalmoloq-cərrah Türkiyədə konqresə qatılıb

Aktual

29 Dekabr 2016, 09:35

Dobromed Hospitalın oftalmoloq-cərrahı Anar Abdullayev Antalyada keçirilən Türk Oftalmologiya Dərnəyinin 50-ci Beynəlxalq Konqresində iştirak edib.

Modern.az xəbər verir ki, konqresdə, eyni zamanda  Türkiyə, Şimali Kipr, Türkmənistan, Qazaxstan, Özbəkistan, Qırğızıstandan oftalmoloqlar  iştirak ediblər. Göz xəstəlikləri ilə bağlı bir-birindən maraqlı müzakirələrin aparıldığı konqresdə doktor Anar Abdullayev “Süd vəzi xərçənginin gözün damarlı qişasına metastazla bağlı tor qişa qopması” mövzusunda məruzə edib. Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər