Dəm qazı daha 3 nəfərin ölümünə səbəb olub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 27-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Pərvanə Xəlilova, Maştağa qəsəbəsində yaşayan Xamoş Əliyeva evlərində, Mingəçevir şəhər sakini Yeganə Quliyeva isə paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüblər.
Hər üç faktla bağlı araşdırma aparılır.