Modern.az

Zabrat-Maştağa avtomobil yolunda yeni cib salındı-FOTO

Zabrat-Maştağa avtomobil yolunda yeni cib salındı-FOTO

Aktual

29 Dekabr 2016, 14:46

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, növbəti belə dayancaq cib Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində, yerüstü piyada keçidinin yanında salınıb.

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə salınan cib sayəsində həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər