Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə diplomat həftənin bazar ertəsi görünüb.
Hazırda Braziliya polisi səfirin axtarışı ilə məşğuldur.
Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.
Modern.az