Modern.az

“Kreml "Ağ ev"in sanksiyalarına adekvat cavab verəcək”

“Kreml "Ağ ev"in sanksiyalarına adekvat cavab verəcək”

Dünya

30 Dekabr 2016, 00:55

Kreml "Ağ ev"in sanksiyalarına adekvat cavab veriləcəyini bildirib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ağ Evin cavabının adekvat olacağını bildirib.

"Mən hələ ki, cavabın nədən ibarət olacağını deyə bilmirəm. Hərçənd, biz bilirik, burada qarşılıqlılıq prinsipi tamamilə alternativsiz hərəkət edir. Əlbəttə adekvat cavab veriləcək" - deyə Kremlin sözçüsü vurğulayıb.

O bununla bağlı addımların Rusiya Federasiyası prezidenti tərəfindən müəyyən ediləcəyini deyib.

"Vaşinqtonun belə qərarlarıyla əlaqədar yenə təəssüfümüzü ifadə edirik", - deyə o əlavə edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU