Suriyada Əl-Bab ətrafında gedən döyüşlərdə Türkiyə ordusunun bir hərbçisi şəhid olub, 5-i isə yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumatda həmçinin Türkiyə qırıcılarının havadan endirdikləri zərbələr nəticəsində İŞİD-in 17 hədəfinin dağıdıldığı və qruplaşmasının 26 silahlısının məhv edildiyi qeyd olunub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb.
Mirmahmud KAZIMOĞLU