Modern.az

Ələtdə vaqon deposu yandı: Ölən var         

Ələtdə vaqon deposu yandı: Ölən var         

30 Dekabr 2016, 12:12

Bakıda vaqon deposunda yanğın nəticəsində 1 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a məlumat verilən məlumata görə,   hadisə Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verib.

 

Nəticədə vaqonun yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra oranın baş mexaniki Yusif Ağamalıyevin tüstüdən boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?