Modern.az

Mingəçevirdə iki ölüm: biri damdan yıxıldı, digəri eyvandan

Mingəçevirdə iki ölüm: biri damdan yıxıldı, digəri eyvandan

30 Dekabr 2016, 12:21

Mingəçevirdə binanın damını təmir edən şəxs yıxılaraq ölüb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə , Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən Y.Hüseynov orada ölüb.

Digər bir hadisə zamanı, Mingəçevir şəhəri ərazisində yaşayan Rövşən Alqayıtov ehtiyatsızlıqdan evinin eyvanından (5-ci mərtəbədən) yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Alqayıtov orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?