Modern.az

Miqrasiya orqanları əməkdaşları üçün yeni medal təsis edilir

Miqrasiya orqanları əməkdaşları üçün yeni medal təsis edilir

30 Dekabr 2016, 12:23

Azərbaycanda xidmətdə fərqlənən miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir. Modern.az saytının xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında bu haqda bildirilib. Bu məsələ “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə və dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən “Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı təsis edilir.
Medalla miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri təltif olunacaq . Həmçinin miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər mükafatlandırılacaq. Layihə səsə qoyularaq qəbul edilib.


Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?