Modern.az

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanun dəyişdirildi

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanun dəyişdirildi

30 Dekabr 2016, 12:24

Əhalinin radiasiya təhlükəsizliyi fərqli formada aparılacaq

Bu gün Milli Məclisin payız sessiyasının iclasında “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna dəyişiklik edilib.

 

Modern.az saytının məlumatına görə, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov dəyişiklik layihəsi haqqında məlumat verib. Dəyişikliyin məqsədi qanunun “Lisenziyalar haqqında” qanuna uyğunlaşdırılması üçündür.

 

Qanunun əvvəlki versiyasında, radioaktiv və ionlaşdırıcı tullantıların basdırılması ilə bağlı fəaliyyəti dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyətləri müəyyən edirdi. Amma yeni dəyişikliyə əsasən, tullantılar və tullantıların basdırılmasını artıq müvafiq icra hakimiyyəti orqanları tərəfindən lisenziyalaşdırılmış şəkildə mütəşəkkil qaydada aparılacaq.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Aqşin Kərimov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?