Modern.az

ABŞ səfirliyi: “Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlıq qüvvəsini itirməyib”

ABŞ səfirliyi: “Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlıq qüvvəsini itirməyib”

16 Mart 2011, 10:39

Dövlət Departamenti Bakıda öz vətəndaşları üçün terror təhlükəsinin qaldığını vurğulayır   ABŞ Dövlət Departamenti bu ilin əvvəlindən terror təhlükəsi ilə bağlı Amerika vətənadaşlarına Azərbaycana getməmək barədə ünvanladığı xəbərdarlığı ləğv etməyib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər. İctimaiyyətlə əlaqələr şöbəsininn əməkdaşı Mehdi Hüseyquliyevin sözlərinə görə, Amerika vətəndaşlarına ünvanlanmış xəbərdarlıq qüvvəsindədir. “Bu xəbərdarlıq qüvvəsini itirməyib”-deyə M.Hüseynquliyev vurğulayıb.

Qeyd edək ki, ilin əvvəlindən Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. O zaman bu məlumatı şərh edən ABŞ səfirliyinin mətbuat katibi bildirmişdi ki, etibarlı məlumat əsasında belə bir həyəcanın olduğunu deməyə əsasları var: “Elə bir ehtimal var ki, təhlükə mövcuddur. Bunu nəzərə alaraq müxtəlif ölkələr, o cümlədən Azərbaycana səfər edən amerikalılara həyəcan siqnalı kimi məlumat vermişik. ABŞ qanunlarına əsasən, bu cür məlumatlar ictimaiyyətə yayılmalıdır. Yəni ictimaiyyət bilməlidir ki, həyəcan var. Bu da ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib”.

 

Bu məlumat rəsmi Bakının narazılığına səbəb olub. Güc strukturları ayrı-ayrılıqda məsələ ilə bağlı açıqlamalarında ölkədə hər hansı terror təhlükəsinin mövcud olmadığını bildiriblər. Modern.az

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu