"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) iş qrafikində dəyişiklik edilib.
Bu haqda Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
N.Paşayev deyib ki, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır:
"Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".
Gülşən RAUFQIZI