Modern.az

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi – bəzi alverçilər cəzalandırılacaq

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi – bəzi alverçilər cəzalandırılacaq

30 Dekabr 2016, 13:17

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, Azərbaycanda korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa məhsullar satanlar cəzalandırılacaq.

Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına cərimə tətbiq ediləcək. Bununla yanaşı, kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.


Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?