Modern.az

Müasir Bakının 9 memarlıq ŞEDEVRİ - FOTOLAR

Müasir Bakının 9 memarlıq ŞEDEVRİ - FOTOLAR

Aktual

30 Dekabr 2016, 15:12

Müasir Bakı Asiya və Avropanın sərhədində, sivilizasiyaların təmas nöqtəsində yerləşən unikal şəhərdir. Bakının coğrafi mövqeyi onun memarlıq planına da təsirsiz ötüşməyib.

Azərbaycan paytaxtı Şərq keçmişi və modern Qərb müasirliyi ilə regionun ən gözlə şəhərlərindən biri sayılır.

 

Modern.az müasir Bakının simasını müəyyənləşdirən ən maraqlı və bənzərsiz abidələri haqda məlumat verir.

 

 

Heydər Əliyev Mərkəzi

Müasir Bakının əsas simvollarından biri Heydər Əliyev Mərkəzinin binasıdır. 2007-ci ildə məşhur iraqlı memar Zara Hadidin planı əsasında tikintisinə başlanılan Mərkəz konqres zalı, muzey, inzibati bina və sərgi zalları ilə birlikdə 101 min kvadrat metr ərazini əhatə edən kompleksdir.

 

Mərkəz 2012-ci il mayın 10-da təntənəli sürətdə fəaliyyətə başlayıb.

 

Heydər Əliyev adına Hava Limanının yeni terminalı

Bakı aeroportunun artan sərnişin axınını ödəmək üçün yeni terminalın tikintisi gündəmə gəlmişdi. Bu məqsədlə spvet dövründən qalan köhnə terminalın yerində 65 min kvadrat metr ərazidə, 4 mərtəbəli müasir terminal istifadəyə verilmişdi.

İldə 3 milyona qədər sərnişin qəbul etməyə qadir olan aeroport Bakıya ayaq basan xarici qonaqların ilk qarşılaşdığı obyektdir. O 2014-cü il 23 apreldə fəaliyyətə başlayıb.

 

Four Seasons Baku

 

 

2012-ci il sentyabrın 3-də Bakının ən dəbdəbəli mehmanxanalarından biri olan Four Seasons Baku-nun təntənəli açılış mərasimi oldu.

 

Dünyadaca məşhur brendin sayca 90-cı nümayəndəliyi məhz Bakıda açılmışdı.

 

Bakı Olimpiya Stadionu

 

 

Azərbaycanın ən böyük stadionu 2015-ci ilin fevralında istifadəyə verilən Bakı Olimpiya Stadion olub. 69,870 min tamaşaçı tutumuna malik stadion I Avropa oyunlarının açılış və bağlanış mərasimlərində əsas meydança olub. Stadion 6 mərtəbədən ibarətdir və şəhərin ən önəmli idman obyekti sayılır.

 

Flame Towers (Alov qüllələri)

Müasir Bakının əsas simvollarından biri də Flame Towers (Alov qüllələri) 2007-ci ildə inşa olunmağa başlayıb. “DİA Holding” Azərbaycan-Türkiyə birgə şirkəti tərəfindən inşa olunan qüvvələr 182, 165 və 161 metr hündürlüyə malikdir. 2013-cü ildə inşası yekunlaşan Alov Qüllələri Bakının əksər yerlərindən müşahidə olunur.

 

Xalçaçılıq muzeyi

Orijinal üslubu ilə Bakının ən maraqlı mədəniyyət obyektlərindən birinə çevrilən Xalçaçılıq muzeyi 2014-cü ilin avqustunda istifadəyə verilib. Dənizkənarı parkın ərazisində yerləşən muzeyin binası xalça formasındadır və dünyanın 50-dən artıq ölkəsinin xalça nümunələrini özündə toplayıb.

 

Jumeirah Bilgah Beach Hotel

2012-ci ilin martında açılan 5 ulduzlu mehmanxana Bakının 35 kilometrliyində yerləşir. Bakı aeroportundan da 11 kilometr uzaqlıqda olan otel öz memarlıq formaları ilə diqqət cəlb edir.

 

Kempinski Hotel-Badamdar

 

2011-ci il iyulun 2-də Bakıda daha bir dünya brendinin adını daşıyan müasir mehmanxana açıldı. Kempinski-Hotel-Badamdar eyniadlı brendin dünyanın 28-ci ölkəsində açdığı sayca 66-cı otel idi. 84 min kvadrat metr ərazidə yerləşən kompleks “Gilan Holdinq” tərəfindən inşa olunmuşdu.

 

SOCAR Tower

 

2016-cı il mayın 30-da Bakıda SOCAR Tower binası təntənəli sürətdə açıldı. Dövlət Neft Şirkətinin yeni inzibati binası olan SOCAR Tower 20 metr hündürlüyündə, 40 mərtəbəli göydələndir. Tikinti və planlama işləri Cənubi Koreya və Türkiyə inşaat şirkətləri tərəfindən həyata keçirilib.

 

Vüqar İSMAYILOV

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı