Xarici işlər naziri Sergey Lavrov bu gün bəyan edib ki, Rusiya ABŞ-ın 35 deputatını “persona non qrata” elan edəcək.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, onların 31-i Moskvadakı səfirliyin və 4-ü Sankt-Peterburqdakı baş konsulluğu əməkdaşlarıdır.
Nazirin sözlərinə görə, qarşılılıqlıq – bu diplomatiyanın və beynəxalq münasibətlərin qanunudur. Ona görə də Rusiya Xarici İşlər Nazirliyi bu təklifi baxılması üçün prezident Vladimir Putinə təqdim edib.
ABŞ hakimiyyəti dekabrın 29-da 35 Rusiya diplomatını “persona non qrata” elan edib. Onlar 74 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.
Modern.az