Modern.az

Banklar gücləndirilmiş iş rejimində çalışacaq

Banklar gücləndirilmiş iş rejimində çalışacaq

30 Dekabr 2016, 17:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə bayram günlərində – 31 dekabr-4 yanvar tarixlərində Azərbaycan banklarının filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumata görə, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycana əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr-4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

O cümlədən, bayram günlərində MBNP-nın işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?