Modern.az

BNA 15 dayanacaq pavilyonu quraşdırıb-FOTO

BNA 15 dayanacaq pavilyonu quraşdırıb-FOTO

30 Dekabr 2016, 17:55

Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib. Bu haqda Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, BNA tərəfindən qurşadırılan dayanacaqlar üzərinə ictimai nəqliyyatda davranış qaydalarına dair maarifləndirici məlumatlar vurulub. Qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə şəhərətrafı qəsəbələrdən 29 marşrut xətti üzrə sərnişin avtobusları daxil olur.

Dünya Azərbaycanlılarının Həmrəlik Günü və Yeni il bayramı münasibəti ilə Bakı Nəqliyyat Agentliyi bu gün Nəqliyyat Mübadilə Mərkəzinin kiçik sərnişinləri üçün də surpriz hazırlayıb. Belə ki, BNA-nın əməkdaşları gün ərzində mərkəzə gələn balaca sərnişinlərimizə bayram hədiyyələri təqdim edib. Hədiyyə paketləri ilə yanaşı, uşaqlara ictimai davranış qaydaları haqqında maarifləndirici materiallar da təqdim edilib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?