Modern.az

Qlobal istiləşmə quşların vaxtından əvvəl köçünə zəmin yaradıb

Qlobal istiləşmə quşların vaxtından əvvəl köçünə zəmin yaradıb

30 Dekabr 2016, 20:15

Dünyada baş verən qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradıb. Modern.az saytı xəbər verir ki, “Report” xarici mətbuata istinadən məlumatına görə, bu qənaətə Birləşmiş Krallıqdakı Edinburq Universitetinin elmi işçiləri apardıqları araşdırmadan sonra gəliblər.

Onlar 5 qitədə yüzlərlə quş növünü araşdırıblar. Tədqiqatda havanın temperaturunun artdığı hər bir dərəcə üçün quşların köç etdikləri ərazilərə bir gün tez köç etdiyi müşahidə edilib. Bu səbəbdən də quşlar qida tapmaq və yuva qurmaq baxımından bir çox çətinliklə üzləşirlər. Eyni zamanda, bu, balaların yumurtadan çıxma vaxtı və həyatda qalma şanslarına təsir edir.

Tədqiqatın nəticələri “Journal of Animal Ecology” jurnalında dərc olunub.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?