Modern.az

Arvadı sevgilisi ilə birləşib səfir ərini öldürdü

Arvadı sevgilisi ilə birləşib səfir ərini öldürdü

Dünya

30 Dekabr 2016, 20:56

Braziliyanın Rio-de-Janeyro şəhərinin müstəntiqləri Yunanıstanın bu ölkədəki səfirinin öldürülməsində polis əməkdaşı ilə romantik münasibətdə olan arvadından şübhələnir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu münasibət səbəbindən arvadı diplomat ərinin qətlini təşkil edib.

Braziliya KİV-i Yunanıstan Braziliya paytaxtındakı səfirliyinin məmuruna istinad edərək xəbər yayıb ki, 59 yaşlı diplomat Kiriakos Amiridis 3 sutka əvvəl Rio-de-Janeyroda məzuniyyətdə olanda yoxa çıxıb. Qadın buna görə polis çağırıb.

Clobo televiziyasının məlumatına görə, Amiridisin arvadı polisə deyib ki, diplomat yaşadıqları evdən az müddətə gedib və yoxa çıxıb.

Dünən yoxa çıxan səfirin meyiti yanan avtomobilində tanınmaz halda tapılıb. Səfirin icarəyə götürdüyü avtomobil onun yoxa çıxdığı Nova-İquasu bələdiyyəsinin ərazisində aşkar olunub.

Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, məhz səfirin arvadı Fransuaza və polis Serdciu Moreyra bu oyunu qurub, hətta mümkündür ki, Amiridisi ərlə-arvadın yaşadığı evdə öldürüblər.

Polis Moreyra və Fransuazanı dindirib. Müstəntiqlər səfirin arvadı ilə yaşadığı evdəki divanda qan izləri də aşkar ediblər. Polis səfirin öldürülməsi versiyası üzərində işləyir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU