Amerikanın "Delta Ailrlines" hava şirkətinə məxsus təyyarə uçuşdan 20 dəqiqə sonra geri qayıdıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb iki sərnişinin ayaq yoluna getmək üstündə dalaşması olub.
Minnesota ştatının Minnepolis şəhərindən Los-Ancelesə uçan təyyarə havaya qalxandan az sonra Anna Kristin Kusmann ayaq yoluna gedib. Halbuki bu zaman sərnişinlərə hələ yerlərini tərk etməyə icazə verilməyib.
Stüardessa qadından oturmasını xahiş edəndə, Kusmann və onun dostu Bleyk Adam Fleyziq özlərini aqressiv aparmağa başlayıblar.
Təyyarə hava limanına qayıdandan sonra göyərtəyə polislər gəlib və onların ikisini də düşürüblər.
Bu zaman Fleyziq sərnişinlərdən birini vurub, Kusmann isə saxlanılanda müqavimət göstərib. Onların hər ikisinə ictimai qaydanın pozulması ittihamı irəli sürülüb.
Modern.az