Modern.az

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Dünya

30 Dekabr 2016, 22:59

“Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub”. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Suriyada dekabrın 30-da hökumət və müxalifət qüvvələri arasında əldə olunan atəşkəs razılaşmasını və danışıqlara hazırlığı müzakirə ediblər.  Nazirlər sənədin müddəalarının həyata keçirilməsi ilə bağlı kompleks məsələlərin müzakirəsini davam etdiriblər. Bütün müxalifət qruplarının atəşkəs rejiminə əməl etməsinin vacibliyi və Astana görüşü ərəfəsində konstruktiv yanaşma nümayiş etdirilməsinin vacibliyi vurğulanıb”,- məlumatda qeyd olunub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU