İtaliyalı Çezare Prandelli İspaniyanın “Valensiya” klubunun baş məşqçisi postunu tərk edib. Modern.az xəbər verir ki, İtaliya millisinin keçmiş baş məşqçisi oktyabrın 1-də “Valensiya” ilə 2018-ci il iynun 30-na qədər müqavilə imzalamışdı.
İspaniya çempionatına “uçan yarasalar” 15 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində 17-cı sıradadır.
İtaliyalı məşqçinin rəhbərliyi ilə komanda 11 oyun keçirib və 3 qələbə qazanıb.
“Valensiya”nın baş məşqçisi vəzifəsinin icrası yenidən klubun keçmiş futbolçusu Salvador Qonsalesə tapşırılıb.
Modern.az