Kamenets-Podolski şəhərində 39 yaşlı qadın öldürmək məqsədilə oynaşının evini yandırıb. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, 45 yaşlı kişi qaçıb canını qurtarıb, ancaq onun yerinə qonaq ölüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə 30 yaşlı kişinin meyitini aşkar ediblər. Evin sahibi özü isə əlində və üzündə terminal yanıqla xəstəxanaya yerləşdirilib.
Xmelnitski polisindən verilən məlumata görə, mənzilə sahibinin sevgilisi od vurub. Onların arasında münaqişə yaranıb və qadın oynaşını öldürmək qərarına gəlib. Kişi yatandan sonra qadın mənzilə od vurub və yanğın nəticəsində başqası ölüb.
Qadın saxlanılıb, onun 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Modern.az