Modern.az

"Putin çox ağıllı adamdır” - Tramp

"Putin çox ağıllı adamdır” - Tramp

31 Dekabr 2016, 00:45

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp  Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə D.Tramp özünün “Tvitter” hesabında yazıb.

 

“Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır”,- deyə Tramp qeyd edib.

 

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Ağ Ev və ABŞ Dövlət Departamenti  Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?